Çindən ABŞ-a xəbərdarlıq
Çin Hökuməti ABŞ-a Cənubi Çin dənizində qeyri-qanuni mövcudluğu barədə xəbərdarlıq edərək, bu kanalda keçirdiyi hərbi təlimlər ilə bağlı açıqlama verib.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir, Çinin xarici işlər naziri cümə günü Pekində keçirdiyi mətbuat konfransında, Çin ordusunun Cənubi Çin dənizində hərbi təlimlər keçirməsinin bu ölkənin danılmaz hüququ olduğunu bildirib.
Cau Li Ciyan ABŞ-ın Pekinin gərginlik yaratmasına dair iddiasına reaksiya olaraq, əlavə edib: " Problem Çin yox, bəlkə minlərlə kilometr uzaqda Cənubi Çin dənizində geniş hərbi fəaliyyətlər göstərən ölkələrdirlər.
Çinin, Cənubi Çin dənizində hərbi təlimləri iyulun 1-dən başlayıb və iyulun 8-dək davam edəcək.
ABŞ-ın Müdafiə Nazirliyi iddia edib ki, Çinin manevri mübahisəli suların vəziyyətini daha da gərginləşdirir.