İyul 18, 2020 22:42 Asia/Baku
  • Çikaqoda etiraz aksiyası zamanı 18 polis əməkdaşı xəsarət alıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində keçirilən etiraz aksiyası zamanı yaranan iğtişaş nəticəsində 18 polis əməkdaşı xəsarət alıb.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, etirazçılar Xristofor Kolumbun abidəsinə yaxınlaşaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb. İnsident zamanı xəsarət alan polislər xəstəxanaya aparılıb. Həmçinin iğtişaşlarda iştirak edən 12 nəfər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floyd polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb.

Etirazlar ABŞ-da vətəndaş müharibəsi dövründə quldarlığın hökm sürdüyü Cənubun general və əsgərlərinin, həmçinin sol fəallar tərəfindən Amerikanın yerli sakinlərinin soyqırımında ittiham olunan səyyah Xristofor Kolumbun abidələrindən də yan keçməyib. Bir çox abidə hakimiyyət orqanlarının qərarı ilə sökülüb və ya etirazçılar tərəfindən dağıdılıb.

Teqlər