İyul 27, 2020 16:30 Asia/Baku
  • FT: Rusiya artıq ABŞ-ın ən güclü rəqibi deyil

Son üç ildə Rusiya ABŞ-ın əsas rəqibi statusunu itirib, indi Çin bu rolu oynayır.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşr iddia edir ki, ABŞ-ın hazırkı hökuməti məhz Çini texnologiya və silahlanma  baxımından ən böyük təhlükə hesab edir.

Jurnalistlər həmçinin qeyd edirlər ki, Çin indi yeni roluna uyğun hərəkət edir, Moskva ilə Pekin arasındakı əməkdaşlıq isə güclənib.

Ancaq Amerikanın bəzi dairələrində bu qarşılıqlı fəaliyyətin kifayət qədər güclü olmadığını düşünür və Rusiya ilə ABŞ-ın hansısa anda Çinə qarşı birləşəcəyi ehtimalını istisna etmirlər.

Teqlər