Çin XİN-nin mətbuat katibi Mayk Pompeoya xəbərdarlıq edib.
Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ Dövlət Katibi Mayk Pompeoya Cənubi Çin dənizində gərginlik yaratmaqla ilə bağlı xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Yi Bin ABŞ Dövlət Katibi Mayk Pompeonun Cənubi Çin dənizi ilə bağlı müdaxiləçi açıqlamalarına reaksiyada xəbərdarlıq edərək, onu regionda gərginliyi artıran və müdaxiləçi rəftarlara son qoymağa çağırıb.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mayk Pompeonun Cənubi Çin dənizi ilə bağlı sözlərini rədd edərək, Pekinin bu dənizdə həmişə sabitliyin ardınca olduğunu bəyan edib.
Bundan əvvəl Mayk Pompeo deyib: "Cənun Çin dənizi bu ölkənin tərkib hissəsi deyil".
Vanq Yi Bin ABŞ-ın Cənubi Çin dənizində hərbi mövcudluğunu qınayıb və vurğulayıb ki, bu mövcudluq sülh və sabitlik, həmçinin region ölkələrinin milli maraqlarının zərərinədir.
Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: "ABŞ mütəmadi olaraq, beynəlxalq qanunları pozur".