Avq 03, 2020 14:10 Asia/Baku
  • Ağ Ev rəsmisi: Seçkilər təxirə salınmayacaq

Ağ Ev rəsmisi ABŞ prezident seçkilərinin təxirə salınmasına dair xəbərlərə reaksiya verib

SəhərAzəri xəbər verir, Ağ Ev işçilərinin direktoru ABŞ prezidentinin bu ölkənin prezident seçkilərinin təxirə salınması barədəki sözlərinə cavab olaraq bildirib ki, seçkilər təxirə salınmadan və təyin edilmiş zamanda keçiriləcək.


Mark Midovs bazar günü «CBS» informasiya kanalı ilə müsahibədə qeyd edib ki, Amerika prezident seçkiləri 2020-ci il noyabrın üçündə keçiriləcək.

Midovs Amerika prezidenti Donald Trampın seçkilərin təxirə salınmasına dair sözləri barədə deyib: O, poçt səsverməsi haqda nigarançılığını bildirərkən seçkilərdə təxir fikrini irəli sürdü.

ABŞ prezidenti bir tvitter mesajında açıq şəkildə bu ölkənin prezident seçkilərinin təxirə salınmasını istədi.

Dəfələrlə poçt səsverməsini tənqid edən Tramp bu tvitt-də iddia edibdir ki, bu cür səsvermə saxtakarlığa gətirib çıxaracaqdır.

Amerika prezidenti həmin tvitt-də yazıb: 2020-ci il prezident seçkilərinin poçt formasında keçirilməsi bu ölkə tarixində ən qeyri-düzgün və ən saxtakar seçkilər olacaqdır.

Trampın bu mesajı geniş reaksiyalara səbəb olub və bir çox amerikalı siyasətçi ona xatırladıbdır ki, bu haqda qərarçıxarma onun ixtiyarları dairəsindən xaricdir.

Teqlər