Çin: Vaşinqton qərəzli siyasətlərinə son verməlidir
https://azeri.sahartv.ir/news/dünya-i365457-Çin_vaşinqton_qərəzli_siyasətlərinə_son_verməlidir
Pekin ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qərarını kəskin formada tənqid edərək, Vaşinqtonun qərəzli siyasətlərə son verməli olduğunu vurğuladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2020 10:10 Asia/Baku
  • Çin: Vaşinqton qərəzli siyasətlərinə son verməlidir

Pekin ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qərarını kəskin formada tənqid edərək, Vaşinqtonun qərəzli siyasətlərə son verməli olduğunu vurğuladı.

SəhərAzəri xəbər verir, Ağ Ev rəsmilərinin Çini noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərməkdə və dövlət katibi Mayk Pompeonun Çin şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsi haqda fikirlər səsləndirməsinin ardınca rəsmi Pekin məsələyə reaksiya verib. 

Royters-in yazdığına görə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün çərşənbə axşamı ABŞ-ın son hərəkətlərini qınayaraq dedi: Pekin ABŞ-ın Çin şirkətlərinə qarşı istənilən sanksiyasına qarşıdır. 

Vanq Venbin gündəlik mətbuat konfransında ABŞ-ın ittihamlarını "başqalarını günahlandırmaq və iqtisadiyyatı siyasiləşdirmək" adlandırdı və dedi: Pekin ABŞ-ın hər mövzunu milli təhlükəsizlik ilə əlaqələndirməsinə qarşıdır. 

ABŞ dövlət katibi Mayk Pompeo ötən gün bildirdi ki, prezident Donald Tramp ABŞ-ın daxilindən informasiya toplayaraq, Pekinə ötürən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.