Pekin ilə Vaşinqton arasında söz müharibəsi davam edir
ABŞ-ın Pekinə müdaxiləsi və Mayk Pompeonun ritorikaları Çin Xarici İşlər Nazirliyinin sözçüsünün tənqidinə səbəb olub.
SəhərAzəri xəbər verir, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib: “Çin ABŞ Dövlət Katibi Myk Pompeo və bu ölkənin digər siyasətçilərini Çin məsələlərinə müdaxilədən çəkinməyə çağırır”.
Vabqbi bu sözləri keçirdiyi mətbuat konfransında və Pompeonun sözlərinə reaksiyada səsləndirib.
Pompeo bundan əvvəl deyib: “Daxil olan məlumata əsasən, Çin rəsmiləri biri amerika vətəndaşı olmaqla ölkə xaricindəki altı demokratiya tərəfdarı üçün həbs qərarı verib və Vaşinqton vətəndaşlarını Çin zülmündən qorumağa davam edir”.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü isə qeyd edib ki, bu yaxınlarda Hon Konq məsələləri ilə əlaqədar Mayk Pompeo əsassız ittihamlar və yanlış sözlər ifadə edib. Onun dediyi siyasi motivli yalanlar heç də doğru deyil. Bizim rəsmi mövqeyimiz aydındır. Cinayətdə şübhəli bilinən şəxslərə həbs qərarının verilməsi qanunun icrası ilə yanaşı, hər bir ölkə polisinin cinayətlə mübarizədə etdiyi adi hərəkətdir və heç bir xarici amilin buna qarışmaq hüququ yoxdur.
2Biz ABŞ Dövlət Katibi Mak Pompeo və onun kimiləri beynəlxalq hüquq normaları və beynəlxalq münasibətləri tənzimləyən əsas meyarlara sadiq qalmağa, dərhal məsuliyyətsiz bəyanatları dayandırmağa və Çinin daxili işlərinə, o cümlədən Hon Konq məsələsinə müdaxilədən çəkinməyə çağırırıq”, -deyə o əlavə edib.