Avq 09, 2020 15:16 Asia/Baku
  • Makron Trampa: Hizbullaha qarşı sanksiyalar təsirsizdir

Fransa və ABŞ prezidentləri bir telefon danışığında Livan Hizbullahına qarşı sanksiyaların mənfi təsirlərini müzakirə ediblər.

Sahar Azari bildirir ki, bu barədə Fransa prezident aparatının bir rəsmisi məlumat verib.

Skay Nyus-un verdiyi məlumata görə Fransa prezident sarayındakı bir rəsmi Emanuel Makronun amerikalı həmkarı Donald Tramp ilə telefon danışığında Vaşinqtonun Livan Hizbullahına qarşı sanksiyalarının faydasız və əks təsirə malik olduğunu deyib. 

Bu fransız rəsminin dediyinə görə Beyrutdakı partlayışın bir hadisə olduğuna dair kifayət qədər dəlil və sübut mövcuddur.

Fransa və ABŞ prezidentləri bu telefon danışığında Livana yardımların edilməsini də müzakri ediblər. 

Beyrutda baş verən son partlayışda 170 nəfər həlak olub, 5 mindən çox insan yaralanıb.

Teqlər