Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb
ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Kohen kitabının ön sözünü nəşr edərək Amerika prezidentinin Rusiyanın köməyi ilə prezident seçkilərində necə yalan danışdığı barədə məlumat verəcəyinə söz verib.
SəhərAzəri RİA Novosti-yə istinadla xəbər verir, "Amerikalıların yarısı Trampın yalan yolu ilə Ağ Evə girən və Rusiya tərəfindən idarə olunan yalançı olduğunu düşünürdü; digər yarısı isə Trampın tərəfdarları, Rusiya ilə qalmaqalın Demokratlar tərəfindən icad edilən "ifritə ovu" olduğunu hesab edirdi... Hər iki tərəf səhv edir", Kohen xatirə kitabının ön sözündə yazıb.
Ön sözün bəzi hissələri ABŞ-ın bəzi mətbuat orqanları, o cümlədən "Axios" portalı tərəfindən yayımlanıb.
ABŞ Xüsusi Prokuroru Robert Müller seçkilərə "Rusiya müdaxiləsi" iddialarını iki il araşdırıb, Moskva sözügedən iddiaları rədd edir.
Müller seçkiyə müdaxilə edildiyinə dair iddiaları təsdiqləyərək istintaqı yekunlaşdırıb.
Buna baxmayaraq o Donald Tramp ilə Rusiya arasındakı "sövdələşməyə" dair dəlil tapmayıb.