Pekin İran əleyhinə sanksiyalarına görə ABŞ-a xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i366095-pekin_İran_əleyhinə_sanksiyalarına_görə_abŞ_a_xəbərdarlıq_etdi
Çin Xarici İşlər Nazirliyinin sözçüsü İrana qarşı qəddarcasına sanksiyaların davam etməs haqda ABŞ-a xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2020 14:06 Asia/Baku
  • Pekin İran əleyhinə sanksiyalarına görə ABŞ-a xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü İrana qarşı qəddarcasına sanksiyaların davam etməs haqda ABŞ-a xəbərdarlıq edib.

Səhər Azəri bildirir ki, Tsao Li Tsyan Amerikaya xəbərdarlıq edibdir ki, İrana qarşı birtərəfli sanksiyalarına son qoysun və BMT Təhlükəsizlik Şurasının qərarları və nüvə anlaşmasının qorunması üçün düzgün yola qayıtsın.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanın İrana qarşı silah embarqosunun davam etməsi barədəki qətnaməsinin Təhlükəsizlik Şurasında uğursuz qalması bir daha göstərdi ki, Vaşinqtonun təkvektorluluğuna yer yoxdur və uğursuzluğa məhkumdur.

Tsao Li Tsyan həmçinin Rusiya prezidenti Vladimir Putinin Fars Körfəzi bölgəsinin təhlükəsizliyi haqda İran və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsinə dair təklifini himayə edib və belə deyib: Çin İranın nüvə məsələsinin siyasi həllinin birgə irəlilədilməsi üçün bütün əlaqədar tərəflərlə yaxın əlaqə və koordinasiyanı davam etdirmək istəyir.