Çin Putinin İranla bağlı iclas təklifini müsbət qarşıladı
Çin Putinin İranla bağlı iclas təklifini müsbət qarşıladı
Pekin Rusiya prezidentinin İranla bağlı iclasın keçirilməsinə dair təklifinə müsbət yanaşır.
Səhər Azəri bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib.
Bu məlumata görə Çin bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının 5 daimi üzvü habelə, İran və Almaniyanın iştirakı ilə İran mövzusunda fövqəladə iclasın keçirilməsinə dair təklifini dəstəklədiyini bilirib.
ABŞ cümə günü İran əleyhinə silah embarqosunun müddətinin uzadılmasına dair qətnaməsinin TŞ-də fiaskoya uğramasının ardınca daha artıq təcrid olub.
Rusiya və Çin Vaşinqtonun İran əleyhinə silah embarqosunun müddətinin uzadılmasına dair qətnaməsinə qarşı çıxdılar.
2015-ci ildə nüvə anlaşması əsasında İrana tətbiq edilən silah embarqosunun müddəti cari ilin oktyabrında başa çatır.