Rusiyalı diplomat: Hizbullahı kənarlaşdırmaq imkansızdır
Rusiyalı diplomat: Hizbullahı kənarlaşdırmaq imkansızdır
"Hizbullahı səhnədən silmək Livanın məhvinə səbəb olacaq"
Səhər Azəri bildirir ki, bu sözləri Rusiyanın Livandakı sabiq səfiri deyib.
Aleksandr Zaspkin Livanın Əl-Məyadin telekanalına verdiyi müsahibədə Hizbullahın Livandakı konstruktiv roluna işarə edərək, deyib: Mövcud problemlərin həlli bütün tərəflərin əməkdaşlığına ehtiyaclıdır və Hizbullah Livanda təhlükəsizlik və sabitliyin təmin edilməsində başlıca rola malikdir.
Rusiyanın Beyrutdakı səfiri Livanın hazırkı problemlərinin həll edilməsi üçün bütün tərəflərin qarşılıqlı güzəşt əsasında razılığa gəlməsini zəruri adlandırıb və deyib: Beynəlxalq yardımlar müqabilində Hizbullahın tərksilah edilməsi qəbul edilməzdir.
A.Zaspkin əlavə edib: Yerli və beynəlxalq tərəflər o cümlədən ABŞ qırmızı xətləri keçməməlidirlər. Əks təqdirdə Livanı məhvə sürükləyə bilərlər.