Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
https://azeri.sahartv.ir/news/dünya-i366425-tramp_abŞ_ın_Çinlə_biznes_əlaqələrini_dayandıra_bilər_pul_itirmişik...
ABŞ Prezidenti Donald Tramp ölkəsinin müəyyən məqamda Çinlə ümumiyyətlə biznes əlaqələrini dayandıra biləcəyini istisna etməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2020 04:22 Asia/Baku
  • Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin müəyyən məqamda Çinlə ümumiyyətlə biznes əlaqələrini dayandıra biləcəyini istisna etməyib.

SəhərAzəri Publika-a istinadla xəbər verir, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Məndən (ABŞ və Çin iqtisadiyyatlarını - red.) ayırmağa və Çinlə iş aparmamağa hazır olub-olmadığımı soruşursunuz. Bu, çox maraqlı bir sualdır, çünki indiyə qədər Çindən heç bir şey almamışıq, yalnız pul itirmişik", - Tramp telekanala deyib.

"Onlar bizimlə yanlış rəftar edirlər. Mən bu barədə düşünəcəyəm", - prezident əlavə edib.