Viskansində anti-rasizm etirazları davam edir
ABŞ-ın Viskansin ştatının Kenoşa şəhərində bir afroamerikalının qətlinə qarşı etirazlar üçüncü gecə dalbadal keçirilib.
SəhərAzəri xəbər verir, Bu aksiya çərşənbə axşamı günü gecə 300-400 etirazçının iştirakı ilə keçirilib.
Polis məmurları rezin güllələr və gözyaşardıcı qazla etirazçılara hücum ediblər.
Kenoşa küçələrində meydana gələn qarşıdurmada üç nəfər atəşə tutulubdur ki, onlardan biri öldürülübdür.
Bu etirazların davam etməsinin fonunda Kenoşa şəhərində polis atəşinin hədəfi olmuş 29 yaşlı silahsız qaradərili Cikob Belikin anası açıq şəkildə bu çaxnaşmaların azalmasını istəyibdir.
Polis məmurunun Kenoşa şəhərində silahsız qaradərili vətəndaşa atəş açması geniş etirazların, həmçinin polis ilə etirazçılar arasında şiddətli toqquşmaların formalaşmasına gətirib çıxarıbdır.
İrqi bərabərsizliklər son aylar Amerika boyu geniş etirazların formalaşmasına səbəb olubdur.
Amerika polisi qaradərililərlə ayrı-seçkilik və zorakılıqla rəftar edir.
Afroamerikalı Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis qəddarlığı nəticəsində öldürülməsindən sonra rasizmə qarşı geniş etirazlar başlandı və hələ də davam edir.