Sen 08, 2020 08:17 Asia/Baku
  • Qaşıqçı işi haqdakı hökmlər qanuni deyil

BMT-nin məhkəmə çərçivəsindən kənar edamlar məsələləri üzrə xüsusi məruzəçisi, Ərəbistan məhkəməsinin Camal Qaşıqçının qətli işi barədəki hökmlərini qanunsuz adlandırıb.

SəhərAzəri xəbər verir, Agnes Kallamard bazar ertəsi günü gecə Qaşıqçı məhkəməsinin hökmlərini və bu işə baxılması prosesini «ədalətin lağa qoyulması» adlandırıb. Vurğulayıb ki, Qaşıqçının qətli işi müttəhimlərinin mühakimə prosesi insaf, ədalət və şəffaflığa malik olmayıbdır.

Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz də nişanlısının işi ilə bağlı verilmiş hökmləri «ələsalma» adlandırıb.

Səud prokurorluğu dünən bir məlumatda bildirib ki, Camal Qaşıqçının qətli cinayətinin xüsusi cəhəti, onun ailəsinin əfvi ilə başa çatıb; onun ümumi cəhəti barədə isə, məhkumlardan beş nəfərin hər biri 20, bir nəfər 7, iki nəfər isə on il həbsə məhkum olunub.

Teqlər