"Microsoft" Rusiya hakerlərini Tramp və Baydenin qərargahına hücumlarda ittiham edib
https://azeri.sahartv.ir/news/dünya-i367150-microsoft_rusiya_hakerlərini_tramp_və_baydenin_qərargahına_hücumlarda_ittiham_edib
"Microsoft" şirkəti Rusiya, Çin və İrandan olan hakerlərin Prezident Donald Trampın və rəqibi Co Baydenin seçki qərargahının əməkdaşlarına kiber hücumlar təşkil etməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2020 16:35 Asia/Baku

"Microsoft" şirkəti Rusiya, Çin və İrandan olan hakerlərin Prezident Donald Trampın və rəqibi Co Baydenin seçki qərargahının əməkdaşlarına kiber hücumlar təşkil etməkdə ittiham edib.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir, bu barədə şirkətin açıqlamasında deyilir."Son həftələrdə "Microsoft" Tramp və Baydenin qərargahında işləyən şəxslərə uğursuz hücumlar edildiyini qeydə alıb", şirkət məlumatında deyilir.

Xüsusilə, "Microsoft" namizədlərin qərargahları, qeyri-hökumət təşkilatları, partiyalar da daxil olmaqla 200-dən çox təşkilata edilən hücumların Rusiyadan fəaliyyət göstərən "Stronsiy" kod adlı qrupun həyata keçirdiyini bildirib.