Sen 23, 2020 11:14 Asia/Baku
  • Tramp növbəti dəfə Çini ittiham etdi

ABŞ prezidenti öz əsassız iddialarının davamında bir daha Çinin koronavirusun yayılmasında məsuliyyət daşıdığını bildirib və nüvə anlaşmasını ən pis anlaşma adlandırıb.

Səhər Azəri bildirir ki, Donald Tramp Tehran vaxtı ilə çərşənbə axşamı günü gecə BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda etdiyi çıxışında bir daha Çinin koronavirusun yayılmasında məsuliyyət daşıdığını bildirib. Deyib ki, Amerika Çin virusu kimi gözə görünməz bir düşmənlə mübarizə aparmaqdadır.

Çinin koronavirusun yayılması amili olan bir ölkə kimi cavab verməli olmasına işarə edən Tramp deyib ki, BMT Pekini sorğu-suala çəkməlidir.

Tramp sonra həmçinin iddia edibdir ki, İranla çox pis nüvə anlaşmasından çıxıb və Tehrana qarşı iflicedici sanksiyalar tətbiq edibdir.

Trampın nüvə anlaşmasına qarşı sözləri elə bir şəraitdə söylənir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri qətiyyətlə bu anlaşmanı himayə və Amerikanın beynəlxalq qaydalara qarşı çıxan birtərəfli hərəkətlərilə kəskin tərzdə müxalifət ediblər.

Amerika prezidenti İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı şəhid general-leytenant pasdar Hac Qasem Solemyaniyə qarşı əsassız iddiaları təkrar edərək, Vaşinqtonun general Soleymanini terror etmək üzrə alçaq və insan haqlarına zidd hərəkətini öz hökumətinin iftixarlarından sayıbdır.

Tramp həmçinin bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin adiləşdirilməsi haqda iddia edibdir ki, tezliklə digər ölkələr sionist rejimlə saziş prosesinə qoşulacaqlar.

ABŞ prezidenti Donald Trampın əmirliklərlə sionist rejim arasında əlaqələrin adiləşdirilməsi prosesini asanlaşdırmaq üzrə səylərinin ardınca, avqustun 13-də Əbu-Dəbi və Təl-Əviv diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsi barədə müqavilə bağlamaqla razılaşdılar.

Əmirliklərin sionist rejimlə əlaqələri adiləşdirmək üzrə hərəkəti bir çox islami ölkə və fələstinli müqavimət qruplar tərəfindən pislənibdir.

Teqlər