Okt 10, 2020 18:32 Asia/Baku
  • Çin və ABŞ arasında qarşıdurma dünya müharibəsinə səbəb ola bilər”

Kissincer: “Çin və ABŞ arasında qarşıdurma dünya müharibəsinə səbəb ola bilər”

SəhərAzəri - Dəyərlərin yaydığı məlumata əsasən xəbər  verir ki,

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ və Çinin qarşıdurma sərhədlərini təyin etməli olduqlarını, əks təqdirdə dünyanın Birinci Dünya Müharibəsinə bənzər bir vəziyyətdə qalacağını söyləyib.

 Bloomberg-in hesabatına görə, Kissincer yeni “soyuq müharibə” adlandırıla biləcəyini söylədiyi ABŞ ilə Çin arasındakı rəqabətin və qarşıdurmanın azalmalı olduğunu və bunun olmadığı təqdirdə gərginliyi ümumi şəkildə azaltmağın mümkün olmayacağını vurğulayıb: “Bunun tamamilə mümkün olmadığını söyləyə bilərsiniz. Ancaq bu tamamilə qeyri-mümkündürsə, onda özümüzü Birinci Dünya Müharibəsinə bənzər bir vəziyyətdə görürük”.

 

Kissincer Vaşinqton ilə Pekin arasındakı qarşıdurmanın geosiyasi mənzərəni dəyişdirən yeni texnologiyaların ortaya çıxması ilə əlaqəli olduğunu iddia edib.

 

 

Amerika diplomatiyasının “tülkü” ləqəbli keçmiş dövlət katibi, ABŞ-ın modern dünyada dəyişiklikləri tanımasının vaxtı gəldiyinə inandığını təsdiqləyib.

 

Bu vəziyyətin çox mürəkkəb olduğunu bildirən Kissincer, heç bir ölkənin həm iqtisadiyyatda, həm də strategiya sahəsindəki üstünlüyünü eyni zamanda qoruya bilməyəcəyini bildirib.

 

Kissincer 2019-cu ildə ABŞ-Çin münaqişəsinin dünya müharibələrinin nəticələrindən daha ağır nəticələrə səbəb ola biləcəyini söyləyib və bundan qaçmaq üçün iki ölkəyə fikir ayrılıqlarını həll etmələrini tövsiyə edib.

 

Çinin xarici işlər naziri Vanq Yi iyul ayında iki ölkə arasındakı diplomatik əlaqələrin pisləşəcəyi təqdirdə Pekinin Vaşinqtona qarşı möhkəm və qətiyyətli addımlar atacağını açıqlamışdı.

Teqlər