Çində ABŞ-la mübarizə barədə qanun qəbul edilib
Çin hökuməti Amerika ilə mübarizə üçün həssas əmtəə mallarının ixracatı barədə yeni qanun qəbul edib.
SəhərAzəri xəbər verir, Həmin qanuna əsasən, Amerika qarşısında problemin yaranacağı halda, Pekin daha yüksək reaksiya gücünə malik olmuş olacaqdır.
Çində hakim partiyanın mətbuat orqanlarından biri olan «Qlobal Tayms» qəzetinin yaydığı bu məlumata görə, yeni qanun Çin milli təhlükəsizliyini qorumaq istiqamətində, həmçinin həyat əhəmiyyətli mallar və maddələrin ixracatını məhdudlaşdırmaq üçün qəbul edilibdir ki, Amerika qarşısında ticari və texniki çəkişmələrin artacağı təqdirdə Pekin daha artıq reaksiya qüdrətinə malik olmuş olsun.
Bütün çinli şirkətlərə tətbiq olunmaq qabiliyyətinə malik olan bu qanun dünən Çin parlamentinin daimi komitəsində qəbul edilib və dekabrın əvvəlindən icra ediləcəkdir.
Bu qanun əsasında ixracata nəzarət Çinin milli təhlükəsizliyi ilə bağlı olan xidmətlər, texnologiyalar, əmtəə malları, həmçinin nüvə, hərbi və mülki məhsullara tətbiq ediləcəkdir.
Məlumatlara əsasən, yeni qanun Çinə icazə verəcəkdir ki, Amerika qarşısında cavab addımları atmış olsun.
Son aylar ərzində Amerika dəfələrlə təhlükəsizlik təhdidinə görə, mesaj göndərən proqramlar, informasiya və rabitə təchizatlarının təmin edilməsi kimi çinli texnologiya şirkətlərinin fəaliyyətlərini qadağan etməyə və onların Amerikanın və digər ölkələrin bazarlarına daxil olmalarını qadağan etməyə çalışıbdır.