Okt 20, 2020 15:32 Asia/Baku
  • Dimitri Polyanski:

Rusiyanın BMT-dəki daimi nümayəndəsi ABŞ Dövlət Katibi Mayk Pompeonun İranla ticarət barədəki təhdidinə reaksiyada, rəsmi Moskvanın Vaşinqtonun bütün hədələrinə rəğmən, İran İslam Respublikası ilə ticarəti davam etdirəcəyini qeyd edib.

SəhərAzəri xəbər verir, Dimitri Polyanski öz şəxsi Tvitter səhifəsində paylaşdığı statusda, ABŞ-ın artıq Rusiya və ya digər ölkələrə nə etməli olduqlarını deyə bilməyəcəyini vurğulayaraq, Vaşinqtonu "dünya polisi" rolunu oynamaqdan çəkinməyə çağırıb.

Polyanski Rusiyanın İranla ticarətlə məşğul olduğunu və bu işi davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Mayk Pompeo dünən gecə ABŞ-ın 2 çinli və 6 Çin şirkətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, İran İslam Respublikasının gəmiçilik şirkəti ilə ticarət əlaqəsi yaradan istənilən ölkə, şəxs və ya şirkəti sanksiya ilə hədələyib.

İran İslam Respublikası, müqavimət cəbhəsinin əsas üzvlərindən biri olaraq, amerikan-sionist-səud mehvərinin regiondakı hərəkətləri və fitnələri ilə mübarizədə əsas rol oynayır.

Teqlər