2231 saylı qətnamənin ilk etapı oktyabrın 18-də təkmilləşdi
Çin xarici işlər naziri dünən nüvə anlaşmasının və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qorunması və icrası vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, o, bildirib ki, bu qətnamənin ilk etapı oktyabrın 18-də təkmilləşdi.
«Van İ» BMT Təhlükəsizlik Şurasının Fars Körfəzinin durumu barədəki virtual yığıncağında İrana qarşı silah embarqosunun oktybarın on səkkizində başa çatdığını bildirdi. Qeyd etdi ki, Təhlükəsizlik Şurasının əksər üzvləri nüvə anlaşması və bu şuranın 2231 saylı qətnaməsinin qorunması və ədalətli icrasını istəyirlər.
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və Əhatəli Birgə Əməliyyat Planı- nüvə anlaşmasına əsasən, oktybarın on səkkizindən etibarən, İran İslam Respublikasına qarşı bütün silah məhdudiyyətləri, həmçinin onunla bağlı olan maliyyə xidmətləri və tədbirləri, həmçinin bundan öncə İranın bəzi vətəndaşları və hərbi rəsmilərinə tətbiq edilmiş BMT-yə üzv dövlətlərin ərazilərinə daxil olmaq və ya oradan keçmək kimi bütün məhdudiyyətlər avtomatik şəkildə başa çatdı.