Okt 21, 2020 20:26 Asia/Baku
  • Trampın Çində bank hesabı ifşa olunub

ABŞ medialarının məlumatlarına görə, bu ölkə prezidentinin vergi keçmişinin araşdırılması göstəribdir ki, o, Çində elan olunmamış bir bank hesabına malikdir.

SəhərAzəri xəbər verir, Donald Tramp ötən on ildən çox bir müddətdə Çində iri layihələri əldə etməyə çalışsa da buna müvəffəq olmayıbdır.

«Nyu York Tayms» qəzetinin məlumatına görə, bu hesablara Tramp beynəlxalq otellərinin müdiriyyəti nəzarət edir. Bu müdiriyyət 2013-cü ildən 2015-ci ilədək Çində 188 min 561 dollar vergi ödəyibdir.

«İndipendent» qəzetinin məlumatına görə, bu hesabın vergi keçmişi dəqiq şəkildə aydınlaşdırmır ki, onun vasitəsilə həyata keçirilmiş sövdələşmələrdə nə qədər pul alver edilibdir.

Amerikada vergilərin qeydə alınması zamanı hər cür xarici gəlirin elan olunması icbaridir və Tramp beynəlxalq otellərinin müdiriyyəti keçən bir neçə il ərzində yalnız bir neçə min dollarlıq gəliri elan edibdir.

Bu ifşaçılıqlar elə bir halda edilir ki, Amerikada seçki rəqabətləri yekun mərhələlərə çatıb və son zamanlar senatdakı respublikaçılar tərəfindən Trampın demokrat rəqibi Co Baydenə qarşı, onun oğlunun bir çinli iş adamı ilə bank hesabı açması və nəticə etibarı ilə Çində maraqlara malik olması barədə iddialar irəli sürülübdür.

Teqlər