“G77 plus Çin” İrana tətbiq olunan sanksiyaların dərhal qaldırılmasını vurğulayıb
“G77 plus Çin”-in xarici işlər nazirlərinin 44-cü iclasında İran İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların dərhal qaldırılması tələb edilib.
SəhərAzəri xəbər verir, BMT-nın 75-ci Baş Assambleyası çərçivəsində qəbul edilmiş bu qrupun Xarici İşlər Nazirləri İclasının İllik Toplantısının bəyanatında deyilir: “G77 plus Çin”-in nazirləri İran İslam Respublikasına qarşı İran xalqının inkişafı və rifahına mənfi təsir göstərən birtərəfli iqtisadi sanksiyaları rədd edərək, bu sanksiyaların dərhal qaldırılmasını tələb ediblər.
136 üzv ölkə ilə “G77 plus Çin”, Birləşmiş Millətlər Təşkilatının ən böyük və ən güclü qrupudur. “G77 plus Çin” qrupunun Xarici İşlər Nazirləri Yığıncağı hər il Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilir; Korona epidemiyası səbəbiylə bu il virtual olaraq təşkil edilib.