Noy 15, 2020 17:04 Asia/Baku
  • Çin Tayvan barədə ABŞ-a xəbərdarlıq edib

Çin bir daha Birləşmiş Ştatlara xəbərdarlıq edibdir ki, Tayvan boğazında sülh və sabitliyi zəiflədən hərəkətlər dayandırılmalıdır.

SəhərAzəri xəbər verir, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vang VenBin çərşənbə axşamı günü bir bəyanatda vurğualyıb ki, Tayvan Çinin inkarolunmaz və ayrılmaz hissəsidir və ABŞ-ın dəm vurduğu Tayvan boğazında «orta xətt»in mövcudluğu kimi məsələlərin irəli sürülməsi önəmsiz bir məsələdir.

Vang müxbirlər qarşısında «Tayvan Çin ərazisinin mühüm bir hissəsidir» ifadəsini təkrarlayaraq, Birləşmiş Ştatlara xəbərdarlıq edibdir ki, yanlış və təhlükəli yoldan keçməsin.

Vang əlavə edib: "Pompeo öz şəxsi siyasi maraqlarına görə, Çin və Amerika xalqlarının maraqlarına göz yumur. Ümumi fikri yanıltmaq və yoldan çxarmaq üçün yalanlar uydurur. Onun şeytani məqsədləri uzun müddətdir dünyada tanınıbdır. Biz ona xəbərdarlıq edirik ki, əgər Çinin daxili işlərinə qarışarsa, onunla qətiyyətlə mübarizə aparılacaqdır".

Digər tərəfdən, Çin hökumət şurasında Tayvan məsələləri ofisinin sözçüsü deyir ki, Pekin Birləşmiş Ştatlarla Tayvan arasında hər hansı hərbi təmas və rəsmi mübadilə ilə müxalifdir. Son zamanlar ABŞ-ın dəniz piyadaları döyüş hazırlıqları ilə bağlı təlim keçmək üçün Tayvan adasına daxil olublar. Bu, olduqca təhlükəlidir.

Amerika hərbi təlimlər, həmçinin kəşfiyyat PUA-ları və silah satışı formasında Tayvan boğazında sülh və sabitliyin bərqərarını problemlə üzləşdiribdir.

Çin deyir ki, əgər Birləşmiş Ştatlar bu çox təhlükəli yolda daha artıq addımlar atarsa, bu adanın əhalisini fəlakətə çəkmiş olacaqdır.

 

 

Teqlər