Noy 21, 2020 08:34 Asia/Baku
  • İspaniyada qədim nəhəng müsəlman qəbiristanlığı tapılıb

İspaniyanın şimal-şərqindəki Taust şəhərində tunel çəkilərkən qədim müsəlman qəbiristanlığı aşkar edilib. Arxeoloqlar əlavə qazıntılar zamanı 400-dən çox qəbir aşkar edib.

SəhərAzəri xəbər verir, qazıntıya rəhbərlik edən arxeoloq Xavyer Qutterres, qəbiristanlıqda vəba epidemiyasının qurbanı olan təxminən 4500 adamın dəfn edildiyini bildirib. İlkin məlumata görə, tapılan qəbirlər təxminən 13-cü əsrə məxsusdur. Bütün dəfn edilmiş insan qalıqları üzü Məkkəyə doğru sağ çüyni üzərdinfə uzadılıb, bu da İslami dəfn ənənəsinə uyğundur.

Teqlər