Dek 02, 2020 23:48 Asia/Baku
  • Fransada məscidə qarşı təhqiramiz hərəkətlər edilib

Fransanın paytaxtı Paris yaxınlığında məscidə qarşı təhqiramiz hərəkətlər edilib.

 SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə “France Press” agentliyi (AFP) şəhər rəhbərliyinə istinadən məlumat yayıb.

Naməlum şəxslər səhər tezdən avtomobili məscidin qapısından içəriyə salıblar. Onlar içəridəki yanğınsöndürən balonlarının tərkibini ibadət zalına boşaldıblar.

Cinayətkarlar yerli sakinlərdən biri tərəfindən aşkar edildikdə ərazidən qaçıblar. Daha sonra polis məscidin qapısını sındırmaq üçün istifadə olunmuş avtomobili qonşu kommunanın ərazisində yanmış vəziyyətdə tapıblar.

Agentlik Fransanın Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, 2019-cu ildən bəri Fransada müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəlmiş əməllərin sayı 54% artıb.

Teqlər