Rusiya-Amerika münasibətlərində dəyişiklik olmayacaq
https://azeri.sahartv.ir/news/dünya-i370740-rusiya_amerika_münasibətlərində_dəyişiklik_olmayacaq
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Rusiya və ABŞ arasındakı ikitərəfli münasibətlərdə, Ağ Evə yeni bir prezidentin gəlişi ilə bir o qədər dəyişmə ehtimalı yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2020 08:51 Asia/Baku
  •  Rusiya-Amerika münasibətlərində dəyişiklik olmayacaq

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Rusiya və ABŞ arasındakı ikitərəfli münasibətlərdə, Ağ Evə yeni bir prezidentin gəlişi ilə bir o qədər dəyişmə ehtimalı yoxdur.

SəhərAzəri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin ABŞ ilə əlaqələrini ABŞ-da baş verə biləcək dəyişikliklər fonunda qiymətləndirərkən, Joe Biden-in gəlişi ilə iki tərəf arasındakı münasibətlərdə böyük bir dəyişiklik olamayacağını vurğulayaraq bildirib: "Moskva şəxsiyyətlərə və şəxslərə əhəmiyyət vermir, daha doğrusu, qlobal məsələlərdə ikitərəfli əməkdaşlığa diqqət yetirir".
Zaxarova qeyd edib ki, Amerika seçki prosesindəki iştirakçıların və Ağ Evdəki insanların dəyişilməsi, ikitərəfli münasibətlərdə köklü bir dəyişikliyə gətirib çıxarmayacaq.