Dek 21, 2020 15:17 Asia/Baku
  • Tramp hökumətin bağlanmasına mane olmaq üçün müvəqqəti büdcə layihəsini imzalayıb

Ağ Ev bir bəyanat yayaraq, ABŞ prezidentinin hökumətin bağlanmasına mane olmaq üçün Konqres tərəfindən təsdiqlənmiş müvəqqəti büdcə layihəsini təsdiqlədiyini bildirib.

SəhərAzəri xəbər verir, Ağ Ev bir bəyanatda, bildirib ki, ABŞ prezidenti müvəqqəti büdcə layihəsini imzalayaraq, onu qanuna çevirib.

Verilən məlumatlara görə, ABŞ Konqresi cümə günü koronavirusla mübarizə üçün 900 milyard dollarlıq yardım paketinin təsdiqlənməsi barədə razılığa gələ bilməyib, lakin ABŞ nümayəndələri hökumətin bağlanmasına mane olmaq üçün büdcənin iki gün müddətinə uzadılması ilə razı olublar.

Büdcənin uzadılması təsdiqlənməsəydi, ABŞ hökuməti kifayət qədər büdcənin olmaması səbəbindən cümə gününün sonundan etibarən bağlanacaqdı.

Müvəqqəti büdcə hayihəsinin bazar günü gecə saatlarında Tramp tərəfindən təsdiqlənməsi ondan 24 saat sonra ABŞ hökumətinin bağlanmasının qarşısını alır, həmçinin Konqresə koronavirusla mübarizə üçün stimul paketi və büdcə layihəsini təsdiqləmək üçün əlavə vaxt verir.

ABŞ Konqresinin liderləri nəhayət bazar günü, Respublikaçılar və Demokratlar arasında bir çox çəkişmələrdən sonra 900 milyard dollarlıq yardım paketi barədə razılığa gəldilər. Bu yardım paketi çox ehtimal ki, bazar ertəsi günü səsverməyə qoyulacaq.

Teqlər