Yan 14, 2021 11:09 Asia/Baku
  • Çində koronavirus aylar sonra yenidən can almağa başladı

Çində 8 aydan sonra ilk dəfə koronavirus səbəbilə ölüm faktı qeydə alınıb.

SəhərAzəri xəbər verir, son sutka ərzində 138 nəfərin infeksiyaya yoluxduğu açıqlanıb.

Bu da pandemiyanın böyük ölçüdə nəzarətə götürüldüyü ölkədə aylar sonra ilk ən yüksək yoluxma rəqəmidir.

Ölkə miqyasında ümumi yoluxma sayı 87 min 844, ölüm faktı isə 4 min 635 təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərindən ibarət heyət bu gün Çinin mərkəzi Hubey əyalətinin administrativ mərkəzi Uhana gəlib.

Teqlər