Yan 18, 2021 16:57 Asia/Baku
  • Ən təhlükəli silahlı ekstremist qrup ABŞ-ın Oreqon ştatında toplaşıb

Co Baydenin andiçmə mərasiminə yaxınlaşdıqca ən təhlükəli silahlı ekstremist qrupun üzvləri ABŞ-ın Oreqon ştatında toplaşıblar.

SəhərAzəri xəbər verir, "Boogaloo" adlı silahlı və irqçi qrupun üzvləri üzərində Co Baydenə qarşı təhqiramiz ifadələr yazılmış plakatlar daşıyırlar.

"Boogaloo Boys" və ya "Boogi Boogo" adları ilə tanınan "Boogaloo" hərəkatı radikal sağçı milis bir hərəkatdır.

Bu zorakı qrup ABŞ-ın daxilində ikinci vətəndaş müharibəsinə hazırlaşdığını iddia edir.

Bundan əvvəl ABŞ-ın Miçiqan ştatında bir qrup silahlı etirazçının konqres binasının yaxınlığında toplaşdığı bildirilib.

Co Baydenin çərşənbə günü keçiriləcək andiçmə mərasiminə yaxınlaşdıqca Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib, buna baxmayaraq, təhlükəsizlik rəsmiləri hələ də Trampın tərəfdarlarının Konqres binasına hücumuna bənzər hadisələrin baş verə biləcəyindən narahatdırlar.

Qeyd edək ki, yanvarın 6-da Trumpın tərəfdarları, 2020-ci il prezident seçkilərində saxtakarlıq iddiası ilə Konqres binasına hücum etdilər, bu zorakı hücumda 6 nəfər həyatını itirdi.

Teqlər