Kapitoliyə hücum iştirakçılarından biri senatoru öldürməyə dair çağırışda ittiham olunur
https://azeri.sahartv.ir/news/dünya-i372411-kapitoliyə_hücum_iştirakçılarından_biri_senatoru_öldürməyə_dair_çağırışda_ittiham_olunur
ABŞ-ın sabiq prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı Kapitoli binasına etdiyi hücumun iştirakçısı, eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü öldürməyə dair çağırış edən Texas ştatının sakini saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2021 05:26 Asia/Baku
  • Kapitoliyə hücum iştirakçılarından biri senatoru öldürməyə dair çağırışda ittiham olunur

ABŞ-ın sabiq prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı Kapitoli binasına etdiyi hücumun iştirakçısı, eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü öldürməyə dair çağırış edən Texas ştatının sakini saxlanılıb.

SəhərAzəri  APA-ya istinadən xəbər verir ki bu barədə  “Ap News” məlumat yayıb.

Məlumata görə görə, Dallas şəhər sakini Qarrett Miller digər nümayişçilərlə birlikdə Kapitoliyə girib. Bundan başqa, o, “Twitter” səhifəsində bir neçə paylaşım edərək, ABŞ Nümayəndələr Palatasının Nyu-York ştatından olan üzvü Aleksandriya Okasio-Kortesin öldürülməsinə dair çağırış edib. Öz paylaşımlarının birində Miller bildirib ki, etirazçılar növbəti dəfə odlu silahlarla gələcək.

Q.Miller, həmçinin “Instagram”da Kapitoli polisinin ünvanına təhdid dolu paylaşımlar da edib.