Yan 27, 2021 18:51 Asia/Baku
  • Polşa kilsəsi hər il İslam gününü qeyd edir

Polşa Katolik Kilsəsi hər il yanvarın 26-ı İslam Gününü qeyd edir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Yepiskop Henrik Tsereşko bildirir ki, bu bayram qərəzli fikirlərin aradan qaldırılmasına, müsəlmanların və xristianların birgə dinc yaşaya biləcəyini göstərməyə kömək edir.

Məlumata görə,  görə, ilk dəfə bu tarix 2001-ci ildə kilsədə qeyd olunub. Bu il tədbir "Xristyanlar və müsəlmanlar birgə ibadət yerlərini qoruyacaq” adı altında keçirilib.

Qeyd edək ki, tədbir pandemiya ilə əlaqədar olaraq onlayn rejimdə keçirilib. Tədbir zamanı müsəlman və xristyan liderlər təbriklər səsləndirib, Quran və İncildən buyruşlar oxuyub.

Teqlər