ÜST-dən şad xəbər: Plan qüvvəyə minib
https://azeri.sahartv.ir/news/dünya-i373456-Üst_dən_şad_xəbər_plan_qüvvəyə_minib
Ümumdünya Səhiyyə Təşkilatından dünyanı ümidləndirən açıqlama gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2021 08:53 Asia/Baku
  • ÜST-dən şad xəbər: Plan qüvvəyə minib

Ümumdünya Səhiyyə Təşkilatından dünyanı ümidləndirən açıqlama gəlib.

SəhərAzəri Pulika-ya istinadən xəbər verir ki, ÜST-nin baş katibi Tedros Adhanom Qebreyesus ötən ildən bəri dünya miqyasında koronavirusa yoluxmaların yarıbayarı azaldığını açıqlayıb.

Baş katib bildirib ki, COVID-19 ilə mübarizə üçün ilk Strateji Hazırlıq və Müdaxilə Planı (SPRP) çərçivəsində 1 milyard 700 milyon dollar toplanıb. Bu məbləğin 90 faizdən çoxu ehtiyacı olan ölkələrə paylanıb və pandemiyanın ön cəbhəsində yer alan sahələr maliyyə ilə təmin edilib.

Tətbiq edilməyə başlanan 2021-ci ilin Strateji Hazırlıq və Müdaxilə Planı barədə də danışan Qebreyesus planın 6 əsas hədəfə fokuslandığına diqqət çəkib:

“Bunlar yoluxma və təması azaltmaq, yanlış maarifləndirmə və dezinformasiyanın qarşısını almaq, müdafiəsizləri qorumaq, ölüm və xəstəliyi azaltmaq, vaksin, diaqnoz və yeni vasitələrə əlçatanlığı sürətləndirməkdir”.