Fev 23, 2021 09:42 Asia/Baku
  • Bayden ABŞ bayrağının yarıya endirilməsi göstərişini verib

Amerikada koronavirus qurbanları sayının beş yüz min nəfəri ötüb keçməsilə bu ölkənin prezidenti Co Bayden ABŞ bayrağının yarıya endirilməsi göstərişini verib.

SəhərAzəri xəbər verir, Ağ Ev yerli vaxtla bazar ertəsi günü axşam bildirib ki, Co Bayden Amerikada koronavirusun yarım milyon qurbanının xatirəsinin yad edilməsi üçün bu ölkə bayrağının yarıya endirilməsi barədə göstəriş verib.

Bu əsasda, Amerika bayrağı koronavirusdan həyatını itirən beş yüz min nəfərə hörmət əlaməti olaraq, dörd gün müddətinə yarıya endirilmiş formada olacaq.

Co Bayden də öz müavini Kamala Harris ilə yanaşı, Ağ Ev-də «bir dəqiqəlik sükut» mərasimi keçirərək, belə deyib: Amerikada koronavirusdan ölənlərin sayı, bu ölkənin birinci və ikinci dünya müharibələri, eləcə də Vyetnam müharibəsindəki tələfatından çox olubdur.

Teqlər