Fev 27, 2021 16:16 Asia/Baku
  • «İngilis koronavirusu» Avropanı bürüyüb

İranda koronavirusla mübarizə üzrə milli qəragahın sözçüsü bildirib ki, «İngilis koronavirusu» bütün Avropa ölkələrini bürüyüb.

SəhərAzəri xəbər verir ki, Əlireza Rəisi deyib: İngiltərədən başlanan koronavirusun sıçrayışlı dalğası bütün Avropanı bürüyüb.

İranda koronavirusla mübarizə üzrə milli qəragahın sözçüsü qeyd edib ki, «İngilis koronavirusu» Çinin Uhan virusunun yerini tutub.

Əlireza Rəisinin sözlərinə görə, İngiltərə və Almaniyanın səhiyyə sistemləri «İngilis koronavirusu»nun qarşısında diz çöküblər.

İranda koronavirusla mübarizə üzrə milli qəragahın sözçüsü həmçinin deyib: Koronavirusla mübarizə üçün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində yaxşı tədbirlər görülməkdədir.

Rəisi sonra söyləyib: Xuzistan vilayətinin bəzi şəhərlərində səhiyyə protokollarına riayət yaxşılaşıb və belə görünür ki, koronavirus xəstəliyinin artım prosesi müəyyən qədər nəzarətə alınıb.

İranda koronavirusla mübarizə üzrə milli qəragahın sözçüsü deyib: Hər gün Xuzistan vilayətində on iki mindən çox test həyata keçirilir və bütün İranda da hər gün yüz mindən çox test keçirilməkdədir. Bu addım koronavirus xəstələrinin izlənilməsi və sürətlə müəyyən edilməsinə kömək edə bilər.

Teqlər