Mart 01, 2021 15:11 Asia/Baku
  • ABŞ-da koronavirus xəstələrinin sayı son 4 ayın ən aşağı həddinə düşüb

BŞ-da ötən şənbə günü xəstəxanalarda cəmi 48 870 nəfər koronavirus xəstəsi müalicə olunub ki, bu da ötən il noyabr ayının əvvəlindən bu yana ən aşağı rəqəmdir.

SəhərAzəri xəbər verir ki , bu barədə “The COVID Tracking Project” adlı koronavirusun fəsadlarını izləyən könüllü təşkilat bildirib.

Həmin göstəricinin yanvarın 6-da 132 474 nəfərlik ən yüksək həddə çatandan sonra davamlı azaldığı da qeyd olunub.

Baltimordakı Cons Hopkins Universitetinin məlumatına görə, indiyədək ABŞ-da COVID-19 virusuna 28 605 min nəfər yoluxub ki, bunların 513 091 nəfəri ölüb. Hər iki göstəriciyə görə ölkə birinci yerdədir.

Teqlər