Mart 03, 2021 19:00 Asia/Baku
  • İngiltərə koronavirusu İtaliyada ciddi böhran yaradıb

İtaliya İngiltərə ştammının sürətlə yayılmasının qarşısını almaq üçün daha çox məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

SəhərAzəri xəbər verir ki, Bir sıra səhiyyə rəsmiləri birlikdə İtaliya baş nazirinin Sarayında keçirilən mətbuat konfransında iştirak edən bu ölkənin səhiyyə naziri Roberto Spranza İngiltərə virusunun sürətlə yayılmasından narahatlıq ifadə edərək, yaxın zamanda bu ölkənin bir çox şəhərində karantin tədbirlərinin sərtləşdiriləcəyini və məktəblərin bağlanacağını açıqlayıb. İtaliyanın səhiyyə naziri deyib: 

M.M: İngiltərə virusunun ölkəmizdə üstünlük təşkil etdiyini və 6-19 yaş arasındakı uşaqlar və yeniyetmələr arasında sürətlə yayıldığını nəzərə alaraq, qırmızı zonalarda və bu virusun daha çox yayıldığı bölgələrdə məktəblər bağlanacaq. Başqa sözlə hər 100 min nəfərdə 250 nəfərin koronavirusa yoluxduğu bölgələrdə bütün siniflər üzrə məktəblər bağlanacaq.

İtaliyanın səhiyyə rəsmiləri qarşıdakı həftələrdə koronavirusa yoluxma hallarında kəskin artımla bağlı xəbərdarlıq ediblər.

İtaliyanın Ali Sağlamlıq İnstitutunun prezidenti deyib:

M.M: Üç həftə əvvəl, İtaliyadakı bütün koronavirus xəstələrinin 18 faizini ingiltərə virusu təşkil edirdi, bir həftədən sonra bu rəqəm 54 faizi keçdi və mütləq hazırda bu göstərici daha da artıbdır. İndiki çətin vəziyyətdə, İngilis virusu ilə mübarizə aparmaq üçün karantin məhdudiyyətləri sərtləşdirilməlidir.

İtaliya hökuməti koronavirusa nəzarət etmək üçün insanları hələ də səhiyyə protokollarına diqqətlə riayət etməyə çağırıb. Hazırda İngilis virusu İtaliyanın bir çox şəhərində və hətta bir neçə vilayətində məktəblərin bağlanmasına səbəb olub. 

Son bir neçə gündə Roma şəhəri və onun  ətrafında 10-dan çox məktəb bağlanıb və bütün şagirdləri karantinaya alınıb.

Teqlər