Dünyada son sutkada koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Mart 08, 2021 10:25 Asia/Baku
Dünyada son sutka ərzində 478 614 nəfər koronavirusa yoluxub, 10 124 nəfər ölüb.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 116 135 492 yoluxma hadisəsi, 2 581 976 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Şimali və Cənubi Amerikanın (251 483) payına düşür. Digər yerləri isə Avropa (154 926) ilə Cənub-Şərqi Asiya (30 332) bölüşür.