Fransada müəllimin Peyğəmbər (s) haqqında karikatura göstərdiyi üçün öldürülməsi iddiası yalan çıxdı
Fransanın paytaxtı Parisdə bıçaqlı hücumda başı kəsilərək öldürülən Samuel Pati adlı müəllim haqqında ortaya atılan, dərs vaxtı “Muhəmməd (s) peyğəmbəri təhqir edən karikaturaları göstərdiyini” iddia edən şagird, iddiasının həqiqəti əks etdirmədiyini etiraf edib.
SəhərAzəri Dəyərlər.org- yə istinadən xəbər verir ki,keçən ilin noyabr ayında polis istintaqından əldə edilən məlumatlara görə, iddianı edən qız xəstəlik səbəbi ilə 6 oktyabrda mühazirədə iştirak etmədiyi ortaya çıxıb. Patinin ailə vəkili Vircini Le Roy belə deyib: “Qızın vəziyyətini müdafiə edəcək hal yoxdur. İş sənədlərindəki bütün elementlər onun əvvəldən yalan söylədiyini sübut etdi”.
Adı rəsmi olaraq açıqlanmayan gənc qızın “böhtan xəbəri” ilə günahlandırıldığı bildirilib. Gənc qızın vəkili Mbeko Tabula AFP-yə bildirib ki, tələbə bir sıra hadisələrə qapıldığını hiss etdiyinə görə, yalan danışıb və dostlarının ondan sözçüləri olmasını xahiş etdiyinə görə bu yalanı deyib.
“Əslində bir narahatlıq var idi, bu mesajı irəli aparmaq üçün buna bir şey əlavə etmək məcburiyyətində qaldı”, - deyə vəkil bildirib.
Müəllim Patinin vəkili Vircini Le Roy da gənc qızın atası Brahim Çninanı yalan danışmaqda ittiham edib. Brahim Çnina və fəal Abdelhakim Sefrua “qətldə iştirak etmək” iddiası ilə mühakimə olunur.
Keçən ilin oktyabr ayında bıçaqlı hücumda 18 yaşlı bir çeçen qaçqın Patinin başını kəsərək öldürmüşdü və sonra da polis tərəfindən vurularaq zərərsizləşdirilmişdi. Təcavüzkarın hücumdan əvvəl Patinin kimliyini müəyyənləşdirmək üçün şagirdlərə pul təklif etdiyi ortaya çıxmışdı.
Prokurorlar müəllim Samuel Patiyə qarşı başlayan onlayn kampaniya ilə qətl arasında birbaşa əlaqənin olduğunu qeyd etmişdilər. İş çərçivəsində ümumilikdə 14 nəfər ittiham olunmuşdu, adı çəkilənlərdən 3-ü Patinin dostları, 6-sı orta məktəb şagirdləri idi.