Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib - Avropa Komissiyası rəhbərindən ilginc açıqlama
https://azeri.sahartv.ir/news/dünya-i374402-aİ_nin_vaksinasiya_strategiyasında_səhvlərə_yol_verilib_avropa_komissiyası_rəhbərindən_ilginc_açıqlama
vropa İttifaqının (Aİ) koronavirusa qarşı vaksinasiya strategiyası çərçivəsində peyvəndlərin sifarişi məsələsində səhvlərə yol verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2021 16:06 Asia/Baku
  • Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib - Avropa Komissiyası rəhbərindən ilginc açıqlama

vropa İttifaqının (Aİ) koronavirusa qarşı vaksinasiya strategiyası çərçivəsində peyvəndlərin sifarişi məsələsində səhvlərə yol verilib.

SəhərAzəri Dəyərlərə istinadən xəbər verir ki, bunu "Tagesspiegel AM Sonntag" qəzetinə müsahibəsi zamanı Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans deyib.

F.Timmermans bildirib: "Doğrudur ki, həm Brüssel, həm də üzv dövlətlər tərəfindən peyvəndlərin sifarişində səhvlərə yol verilib. Lakin tələsmək lazım deyil. Pandemiya bitəndən sonra nəyin səhv və nəyin düzgün edildiyini görə biləcəyik".

Onun sözlərinə görə, peyvəndlərin birgə sifarişi doğru addım idi, lakin bu razılaşma daha çox Almaniya kimi zəngin ölkələrin maraqlarına cavab verirdi.