Koronavirus dönəmində yemək pozğunluğu artıbdır
Bir araşdırmanın nəticələrinə görə, koronavirus pandemiyası və karantin rejimi zamanı, yemək pozğuntusu ilə əlaqədar simptomlar artıb və insanlar zərərli yeməklərə üz tutublar.
SəhərAzəri xəbər verir ki, tədqiqatçılar tərəfindən aparılan yeni bir araşdırmanın nəticələri göstərir ki, insanlar evdə qaldıqları müddətdə, asudə vaxtları çox olduğundan daha çox və şeçidli yeməklər yeməyə meyilli olurlar və bu proses artıq çəki və digər xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Angila Ruskin Universitetinin tədqiqatçısı Mayk Trott deyib: "Dəqiq şəkildə deyə bilmərik ki, qidalanma ilə bağlı bu pozuntuda COVİD-19 virusu məsuliyyət daşıyır, lakin insanların əksərinin stresslə mübarizə müxanizmi olaraq, qidadan istifadə etdiyini bilirik və aydın şəkildə görünür ki, insanlar son on iki aydakı stressli hadislərin və əhəmiyyətli dəyişikliklərin təsiri altındadırlar".
Tədqiqatçılar, koronavirus dönəmində artıq çəki almağın təhlükəli olduğunu, insanların sağlamlığı və həyat keyfiyyətində əbədi pozuntu yarada biləcəyini və onları hipertoniya, şəkər və ürək xəstəlikləri kimi xəstəliklərə yoluxdura biləcəyini vurğulayırlar".