Mart 19, 2021 17:50 Asia/Baku
  • Fransanın 16 əyalətində biraylıq karantin icra olunacaq

Fransada koronavirusun üçüncü dalğasının tüğyan etməsilə bir zamanda bu ölkə hökuməti bildiribdir ki, martın on doqquzu gecə yarısından bu ölkənin on altı əyalətində bir ay müddətinə karantin qaydaları icra olunacaq.

SəhərAzəri xəbər verir ki, Fransanın baş naziri Jan Kasteks dünən bir mətbuat konfransında deyib: Bu əyalətlərdən ölkənin digər bölgələrinə yerdəyişmə, zəruri şərait çıxılmaq şərti ilə qadağandır.

Kasteks sonra deyib: Bu əyalətlərdə mənzildən çıxış, yalnız icazə ilə və maksimium on kilometr radiusda mümkündür.

Fransa baş nazirinin bildirdiyinə əsasən, həmçinin gələn həftənin şənbə günündən bu ölkə boyu gediş-gəliş məhdudiyyəti saat on doqquzdan səhər saat altıyadək olacaq.

Fransa koronavirus epidemiyasından son dərəcə təsirlənibdir.

Fransa hazırda Rusiya və İngiltərədən sonra Avropada ən çox sayda koronavirus xəstəsinə malikdir.

FRANSANIN 16 ƏYALƏTİNDƏ BİRAYLIQ KARANTİN İCRA O

Teqlər