Çexiyada fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
https://azeri.sahartv.ir/news/dünya-i374946-Çexiyada_fövqəladə_vəziyyət_rejiminin_müddəti_uzadıldı
Çexiyada koronavirus pandemiyası ilə əlaqədar ötən ilin oktyabr ayının 5-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 11-dək uzadılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2021 09:14 Asia/Baku
  • Çexiyada fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Çexiyada koronavirus pandemiyası ilə əlaqədar ötən ilin oktyabr ayının 5-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 11-dək uzadılıb.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu barədə qərarı Çexiya parlamentinin deputatlar palatası (aşağı palata) qəbul edib.

Məlumata əsasən, iclasda iştirak edən 103 deputatdan 53-ü fövqəladə vəziyyət rejiminin uzadılmasının lehinə, 37-si isə əleyhinə səs verib.

Bundan əlavə, deputatlar hökumətin fövqəladə vəziyyət rejiminin müddətinin 30 gün uzadılmasına (aprelin 27-dək) dair istəyini dəstəkləməkdən imtina ediblər.

Qeyd edək ki, Çexiyada koronavirusa 1 503 307 yoluxma halı aşkarlanıb. Koronavirusa yoluxanlardan 25 639 nəfəri vəfat edib.