Apr 07, 2021 09:00 Asia/Baku
  • Zaxarova: “Rusiya ÜST-lə birlikdə koronavirusun yaranma səbəblərini araşdırmağa davam edəcək”

Rusiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə koronavirusun yaranma səbəblərinin öyrənilməsində əməkdaşlığı davam etdirməyi hədəfləyir.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“ÜST-ün Çinə səfər edən beynəlxalq ekspertlər missiyasının son hesabatı bütün qrup üzvlərinin zəhmətinin nəticəsidir. Fərqli baxışlar yeni bir koronavirus infeksiyasının ortaya çıxmasına yanaşmaları əks etdirir”, deyə Zaxarova vurğulayıb.

O, əlavə edib ki, bu sahələrdə tərəfdaşlarla qarşılıqlı əlaqədə olmağa hazırdırlar.

 

Teqlər