İngiltərə destroyeri Batumi limanında
Moskva Londonun hərəkətindən narazıdır
İngiltərənin «Defender» destroyeri Gürcüstandakı bir limana yan alıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu destroyer dünən Gürcüstanın Batumi limanında lövbər salıb.
Rusiya müdafiə nazirliyi çərşənbə günü bildirdi ki, Rusiyanın Qara dəniz donanması bu ölkənin Krımdakı su sərhədlərinin İngiltərə esminesi tərəfindən pozulmasının qarşısını alıb.
Bu esmines Rusiyanın daxili sularının üç kilometrliyinədək hərəkət edibmiş və Rusiyanın müdafiə nazirliyi İngiltərə gəmisinin hərəkətini BMT-nin dəniz hüquqları konvensiyasının pozulması adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə bildiribdir ki, İngiltərə esminesinin Rusiya sularına daxil olmasının Amerikanın təsdiqi ilə həyata keçirildiyinə əminik.
Belə bir halda, İngiltərənin baş naziri Boris Conson «Defender» destroyerinin fəaliyyətlərini qanunlara uyğun adlandırıbdır.