İyun 29, 2021 18:45 Asia/Baku
  • Gürcüstan hərbçiləri isə Əfqanıstandan çıxıblar

Əfqanıstanda əmin-amansızlıqların artması və xarici hərbçilərin bu ölkədən çıxmalarının davam etməsi ilə bir zamanda, gürcüstanlı hərbçilər tam şəkildə Əfqanıstanı tərk ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Gürcüstan müdafiə nazirliyi bildirib ki, bu ölkə hərbçilərinin çıxış prosesi Gürcüstanın 32-ci batalyonunun yerdə qalan sonuncu bölməsinin Əfqanıstandan geri dönməsilə təkmilləşib.

Bu hərbçilər «Qətiyyətli himayə» tapşırığının bir hissəsi kimi əfqan müdafiə və təhlükəsizlik qüvvələrinə kömək, müşavirə və təlim məsuliyyətini daşıyırdılar və mayın 21-dən Əfqanıstandan çıxış prosesinə başlamışdılar.

Gürcüstan 2004-cü ildən öncə «İSAF» adlandırılan «Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri» çərçivəsində Əfqanıstanda öz hərbi iştirakına başladı, sonra isə NATO-nun tapşırığının başa çatması ilə «Qətiyyətli himayə» tapşırığı formasında Əfqanıstandakı iştirakı davam etdirdi.

Teqlər