Sen 06, 2021 21:58 Asia/Baku
  • Lavrov ABŞ-ın

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın "Şimal Axını-2" qaz boru kəməri layihəsinə qarşı davranışını sağlam düşüncədən uzaq adlandırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Lavrov Rusiya Müdafiə Nazirliyinin yeniyetmələrin təlimi mərkəzinə baxış keçirərkən, deyib: "Bayden administrasiyası "Şimal axını-2" ilə bağlı mövqeyini dəyişməyib, onlar əvvəlki kimi bu layihəyə qarşıdırlar, Lakin anlayırlar ki, onu dayandırmaq mümkün deyil".

Rusiyanın xarici işlər naziri ABŞ rəsmilərinin mövqeyini  tənqid edərək, onu dəlicəsinə adlandırıb və deyib: "Həyata keçirilməsi mümkün olmayan bir işlə məşğul olduğunuzu başa düşürsünüzsə, sağlam düşüncəniz sizə onu bir kənara qoymağınızı və real bir şeylə məşğul olmanızı söyləməlidir".

ABŞ indiyə kimi bu layihənin icraçılarına qarşı bir neçə dəfə sanksiya tətbiq edib".

Avstriyanın neft nəhəngi "OMV" şirkətinin rəhbəri Rusiyanın "Vedomosti" qəzetinə ilə müsahibədə "Şimal Axını-2" qaz boru kəmərinin inşasının yaxın bir neçə gün ərzində başa çatacağını bildirib.

Layihənin dəyəri əvvəldə təxmin edilən 950 milyon avro dan 729 milyon avroya endirilib və cari ilin sonuna qədər qazın nəqlinə başlaya bilər.

Teqlər