Okt 01, 2021 15:51 Asia/Baku
  • Mixail Saakaşvili
    Mixail Saakaşvili

Gürcüstanın keçmiş prezidenti bu gün yerli rəsmilərin onu həbs edəcəklərinə dair təhdidlərinə rəğmən, bu ölkəyə geri dönüb.

SəhərAzəri-nin məlumatına əsasən,Mixail Saakaşvili sahilyanı Batumi şəhərində iştirakı barədə video yayıb. Bildirib ki, geri dönmək üçün canı və azadlığını təhlükəyə salıb.

Mixail Saakaşvili üç il bundan öncədən Gürcüstan baş prokurorluğu tərəfindən vəzifəsi və iş mövqeyindən sui-istifadə, həmçinin prezidentlik dövründə qanuna zidd hərəkətlərdə ittiham olunub və üç il yarım müddətinə həbsə məhkum edilibdir.

İndiyədək Gürcüstan hökumətinin rəsmiləri Saakaşvilinin qayıdışı barədə fikir bildirməyiblər.

 

Teqlər