Okt 12, 2021 14:21 Asia/Baku
  • İtaliyada geniş aksiya
    İtaliyada geniş aksiya

İtaliyada koronadan irəli gələn çətin iqtisadi durum insanları küçələrə çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyada sutkalıq ümumi tətilin elan olunması ilə bir zamanda minlərlə nəfər Romada anti-hökumət aksiyası keçirib.

Bir aksiyaçı belə deyib: Biz vətəndaş hüquqları, sosial təminat və mənzil haqqına malik olmaq üçün bu aksiyada iştirak edirik. Hökumət bizə kömək etməlidir.

Aksiyada həmçinin İtaliyada yaşayan xeyli sayda miqrant bu ölkədə irqi ayrı-seçkilik və bərabərsizliyin artmasına etiraz edib.

Şənbə günü paytaxt Romada keçirilən aksiyada minlərlə nəfər iştirak edib. Neofaşist fəalların da iştirak etdikləri bu aksiyada korona vaksini kartının icbariləşdirilməsi qanununa etiraz edilib. İtaliya polisi etirazçıları geri oturtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Bu etirazların fonunda qeyd edək ki, İtaliya koronaya qarşı vaksinasiya prosesini sürətləndirmək və bu epidemiyanı aradan qaldırmaq istiqamətində Avropa Birliyinin ilk ölkəsinə çevrilməkdədir. Belə ki, bu ölkə bütün fəhlələri korona vaksini ilə bağlı yaşıl arayışa malik olmağa məcbur edir.

 

Teqlər