Noy 14, 2021 21:48 Asia/Baku
  • Polşa
    Polşa

Polşa müsəlmanlarının rəhbəri Belarusdan Polşaya daxil olan mühacirlərə yemək verir.

SəhərAzəri-nin məlumatına əsasən,  Polşanın şərqində yerləşən bir kənddə aclıqdan hərəkət etməyə taqətləri olmayan yorğun mühacirləri müşahidə edən Polşa müsəlmanlarının yerli rəhbəri Maçei Şeznoviç onları yeməklə təmin edib.

Şeznoviç belə deyib: Polşa-Belarus sərhədində ilişib qalmış mühacirlərin aclığın gücündən yerdəki göbələkləri və meşədəki ağacların almalarını yediklərini görəndə onlar üçün yemək təşkil etmək fikrinə düşdüm. Uşaqların ağlama və inildəmələrinin səsi doğrudan da narahatedici idi. Bu, dinləməli olan ən pis şeydir.

Son günlər Polşa sərhədində çox sayda miqrantın iştirakı, Avropa Birliyi ilə Belarus arasındakı siyasi çəkişmələrin şiddətlənməsinə bais olub.

Mühacirlər axınının bu ölkənin sərhədlərinə tərəf yönəlməsindən nigarançılıq edən Polşa rəsmiləri bildiriblər ki, mühacirlər dalğası ilə mübarizə etmək üçün bu ölkə sərhədində on iki mindən çox hərbçi yerləşdiriblər.

Beynəlxalq Amnistiya Təşkilatı Polşadan istəyibdir ki, bu ölkənin sərhəd bölgəsindəki fövqəladə vəziyyəti ləğv etsin və mühacirlərin qorunması və ehtiyaclarının münasib şəkildə təmin edilməsi, eləcə də miqrantların sığınacaq ərizələrinə baxılmasını iş günmədində qərar versin.

 

Teqlər